SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyəyə səfər edən 40 yaşlı azərbaycanlı iş adamı Tahir Məmmədov taksidə külli miqdarda pulunu unudub.

BAKU.WS 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarədən enən Məmmədov İstanbulda UBER sistemi ilə taksi çağırıb və aeroportdan Yenibosnaya gedib.

O, taksidən düşərkən pencəyini orada unudub.

42 yaşlı taksi sürcüsü Yakup Bayıroğlu başqa bir sifariş üçün yoluna davam edərkən təsadüfən arxa oturacaqda pencəyin olduğunu görür. Pencəyin cibində 10 min dollar olduğunu görən sürücü, sərnişinin sifariş verdiyi nömrəsinə zəng edərək pencəyini unutduğunu deyib.

Sürücü iş adamı ilə Yenibosnadakı restoranda görüşüb, pencəyi və pulu ona təslim edib.

40 yaşlı iş adamı bu əməlinə görə taksi sürücüsünə təşəkkür edib.