SİZİN REKLAM BURADA!
055 213 76 73




Hadisə Qəbələnin mərkəzində yerləşən evlərdən birində baş verib.


BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, ailənin 6 üzvü xəsarət alıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın lokallaşdırılıb.


Yanğın zamanı Küveyt vətəndaşı, 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.


Evdə olan digər Küveyt vətəndaşları – 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS