» » “Arvadını onun yanında uzandığını gördü” - “Sünnət toyu”nu yasa çevirən hadisə


28-09-2018 | 11:24

  • 15 237

“Arvadını onun yanında uzandığını gördü” - “Sünnət toyu”nu yasa çevirən hadisə


Sentyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər öldü, digəri ölümcül yaralandı. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb.

BAKU.WS
“qafqazinfo”ya istinadən xəbər verir ki, kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb.

Şamaxı rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar başlanılıb. İşi aparan müstəntiq Sənan İbrahimov bu qənaətə gəlib ki, hadisədə təqsirli bilinən şəxs Əmrahdır.

Ona arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməyə görə ittiham verilib və Şamaxı rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs olunub. Lakin hələ də Şirinbalanın ölümü ilə bağlı istintaq hər hansı nəticəyə gələ bilmədiyi üçün bu fakt üzrə ittiham verilməyib.

İstintaqın gəldiyi qənaətə görə, Ə.İbrahimov arvadının ona Şirinbala ilə xəyanət etdiyini bildikdən sonra tüfənglə onu vurmaq istəyib və silahı ona tərəf doğruldub.

Lakin həmin zaman otaqda olan uşaqlar ondan analarını vurmaması üçün yalvarıblar. Buna görə Əmrah silahı arvadı Mixəyə verib və ondan özünü öldürməsini tələb edib.

Qadın da uşaqlarının gözü qarşısında özünü qarın boşluğundan vurub. Xəstəxanaya yerləşdirildiyi üçün o həyatda qalıb.

Lakin təqsirləndirilən Əmrah İbrahimov bu ittihamı qəbul etməyib və hadisədə heç bir günahı olmadığını bildirib.

Vəkili Vasif israfilov müvəkkili ilə görüşdükdən sonra hadisənin detallarını öyrənib və Ə.İbrahimovun azadlığa buraxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verib.

V.İsrafilov qeyd edib ki, hadisə günü Ə.İbrahimov 4 yaşlı oğluna sünnət toyu edib. Toyun qonaqlarından biri də Əmrahın xalası oğlu Şirinbala olub. Əmrahın mərhum bacısı ilə evli olmuş Şirinbala Quba rayonundan toya gəlib və çoxlu içki qəbul edib.

Məclisdən sonra da xalaoğlular evdə yeyib-içməyə davam ediblər. Daha sonra hər ikisi sərxoş vəziyyətdə yatıblar. Əmrah gecə saat 02 radələrində oyanıb və arvadının yanında olmadığını görüb.

Yan otağa keçən zaman Mixəyin orada Şirinbalanın yanında çılpaq uzandığını görüb. Arvadını gecə ilə qayınanasıgilə aparıb və boşanacağını bildirib. Daha sonra evə qayıdıb, Şirinbala isə sərxoş olduğu üçün baş verənlər zamanı oyanmayıb.

Əmrah səhər təxmən saat 6-da mal-qaranı naxıra qoşmaq üçün evdən çıxıb, saat 07:30 radələrində evə qayıdıb və həyətdə olarkən evdən güllə səsi eşidib. Evə qaçarkən uşaqları ağlayaraq onun qabağına çıxıb və Şirinbalanın özünü öldürdüyünü, buna görə də analarının da özünü öldürmək istədiyini deyiblər.

Əmrah uşaqlarla birgə otağa girib və görüb ki, Mixək Şirinbalanın meyitinin ayaqlarının yanında əlində tüfənglə dayanıb və özünü öldürəcəyini deyib. Əmrah tüfəngi ona verməsini və özünü öldürməməsini desə də, Mixək təkid edib.

Bu zaman Əmrah tüfəngdən atəş açılarsa qırma dəyməsin deyə uşaqları otaqdan çölə çıxarıb, həmin vaxt da otaqdan atəş səsi gəlib. Dərhal otağa qayıdan Əmrah Mixəyin yaralı olsa da, sağ olduğunu görüb, polisə və təcili tibbi yardıma məlumat verib. Onun sayəsində Mixək həyatda qalıb.

Həmçinin, tüfəngin necə əldə edilməsi də müəmmalı qalır. Çünki tüfəng ayrı otaqda, patronlar başqa otaqda gizli yerdə saxlanılıb. Qonaq olan Şirinbala isə onların yerini bilməyib. Müdafiə tərəfinin versiyasına görə, Mixək atası evindən Əmrahın evinə gəlib tüfəngi və patronları götürərək Şirinbalanı oyadıb və o, özünü öldürüb. Tərəf hətta Şirinbalanı Mixəyin güllələməsindən də şübhələnir.

Ə.İbrahimovun oğlundan başqa 12 və 14 yaşlarında iki qızı var. İstintaq onları da dindirib. Vəkil bildirib ki, uşaqların ifadəsi qanuni nümayəndə olmadan qanunsuz olaraq alınıb.

Ə.İbrahimovun barəsində həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatəti Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməyib, o həbsdə qalıb.

BAKU.WS
Teqlər: toy yas hadisə
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Həyat tərzi Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Həyat tərzi / Video "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Şou-biznes Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Hadisə / Video Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Şou-biznes / Video İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) Şou-biznes Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Hadisə Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Video / Siyasət İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO Şou-biznes / Video Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Hadisə 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video "Heç kim toyuna 2-3 həftə qalmış səbəbsiz belə addım atmaz" - Elnar Xəlilovun nişanlısından AÇIQLAMA Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həyat tərzi Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Kriminal ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” Sosial
Son əlavəПоследние публикации
Bakının bu ünvanındakı evlər plana düşdü
21 fevral 2019

Bakının bu ünvanındakı evlər plana düşdü

1 331 Əsas Xəbər / Sosial
Bakıda gənc qadın ərini axtarır
21 fevral 2019

Bakıda gənc qadın ərini axtarır

207 Hadisə
Bakıda yük maşını aşdı – VİDEO
21 fevral 2019

Bakıda yük maşını aşdı – VİDEO

235 Hadisə / Video