SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün axşam saatlarında Bakıda minik avtomobili qəzaya uğrayıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat verilib. Bildirilib ki, paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində “Volkswagen Passat” markalı, 90 XX 077 nömrə nişanlı avtomobil aşıb.

Qəza zamanı sürücü xəsarət almayıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS