SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur azərbaycanlı samboçu, "Qara canavar” ləqəbli Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.

BAKU.WS
Trend-ə istinadən məlumat verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.

Məlumata əsasən, azərbaycanlı idmançı 2012-ci ildə kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb edib.

Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.

BAKU.WS