SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskvada azərbaycanlı taksi sürücüsü, sentyabrın 22-i səhər saatlarında gecə klubundan evə dönərkən maşında yuxulayan 46 yaşlı qadını zorlayıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, əri 3 il əvvəl vəfat edən Valeriya (ad şərtidir) adlı qadın Bolşaya Dmitrovka küçəsindəki gecə klubunda yaxşıca əylənir. Qadın səhər saat 4:30-da online taksi sifariş edir.

Sifarişə zahirən qafqazlıya bənzəyən sürücünün idarə etdiyi “Hyundai Solaris” markalı avtomobil təyin edilir. Qadın arxa oturacaqda əyləşərək sürücüyə ev ünvanını tərif edir. Sərxoş olduğundan taksidə yuxulayır. Bir müddət sonra o, üzərində kiminsə uzandığını hiss edərək oyanır.

Qadın, var gücü ilə taksi sürücüsünü itələyir və maşından düşərək evə qaçır. Hadisə barədə polisə məlumat verir.

Polisin araşdırması zamanı məlum olur ki, avtomobil Moskva vilayətinin Domodedovo rayonunda qeydiyyatda olan Səbuhi adlı 56 yaşlı azərbaycanlıya məxsusdur. Avtomobili isə 6 ay əvvəl tanış olduğu 30 yaşlı Fərxi adlı azərbaycanlıya icarəyə verib.

Polisin keçirdiyi əməliyyat zamanı Fərxi "Domodedovo" hava limanında ölkədən qaçarkən saxlanılıb. Əvvəlcə o, əməlini inkar etsə də, sonradan cinayətini etiraf edib. Faktla bağlı cinayət işi qaldırılıb.

BAKU.WS