SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində uçqun hadisəsi baş verib.

“Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.

Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib. (Publika.az)

BAKU.WS