SİZİN REKLAM BURADA!
055 213 76 73



Neftçala rayonu Bankə qəsəbə sakini olan bir qadın evdə olmadığı müddətdə mənzilindən kompüter və məişət əşyaları, habelə 2000 manat pulunun oğurlanması barədə polisə məlumat verib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Şəhriyar Nəhmətov saxlanılıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ş.Nəhmətovun Neftçala və ətraf rayonların ərazilərində analoji cinayətlərdə əlinin olub-olmaması araşdırmalardan sonra məlum olacaq.

BAKU.WS