SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıb.

BAKU.WS
nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının vətəndaşı Mohammed Ali Al-Marri və Pakistan İslam Respublikasının vətəndaşı Faesal Şah olduğu məlum olub.

Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

BAKU.WS