SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda baş verən ağır yol qəzasının yeni görüntüləri ortaya çıxıb.

BAKU.WS-in məlumatına Xətai rayonu, Nobel prospektində baş verən qəza zamanı “Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə 4 nəfər hadisə yerində ölüb. Qəza zamanı insanların meyiti yerə səpələnib və ortaya dəhşətli görüntülər çıxıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Abbas
BAKU.WS