SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sintezator ifaçısını bıçaqlamaqda təqsirləndirilən müğənni Əfsər İsmayılovun məhkəməsi keçirilib.

BAKU.WS
"qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun icraatında olan prosesdə şahidlər dindirilib.

Bıçaqlanan Asif İbadovun keçniş həyat yoldaşı Vüsalə Bədəlova deyib ki, hadisə günü əri evə yaralı gəlib : "Əvvəl bıçaqladığını gizlətdi, sonra halı pisləşəndə həkim çağırdıq. Bizə dedilər Əfsər onu Aysel adlı qıza görə bıçaqlayıb. Asif bunu təkzib etdi".

Bıçaqlanan A.İbadov Ə.İsmayılovdan şikayətçi olmadığını deyib.

Proses sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyunun 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb.

Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayiət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

BAKU.WS