SİZİN REKLAM BURADA!
055 213 76 73



Qohumunun Rusiyaya toya getməsindən istifadə edən paytaxt sakini dostu ilə əlbir olaraq onun evinə girib.

ARB TV xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Binə qəsəbəsi sakini Hakim Quliyev DİN-in 102 qaynar xəttinə zəng edərək bildirib ki, avqustun 30-dan sentyabrın 4-dək ölkədə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinə daxil olaraq 8.600 manat nağd pulunu və 2.500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar. Xəzər RPİ əməliyyatçıları dərhal tədbirlərə başlayıblar. Cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Saxlanılan Tural Abdullayev zərərçəkənin qohumu olduğunu deyib. Hakim Quliyevin Rusiyanın Rostov şəhərinə getdiyini bilən Tural, onunla eyni qəsəbədə yaşayan Əsəd Cavadovla plan quraraq cinayəti törədib.

“Evin içinə daxil olmuşuq, qızılı, pulu götürüb oradan uzaqlaşmışıq. Ev yiyəsi bacımın yoldaşının qardaşıdır”.

Əsəd Cavadov – Saxlanılan şəxs: “Sobanın içindən tapdı pulnan qızılları. Pulun 2.300 manatını mənə Verdi. Qızıllardan da üzüklə boyunbağı Verdi.

Saxlanılan şəxslər pulun bir qismini xərclədiklərini bildiriblər. Qızılları satmağa isə vaxt tapmayıblar. Zinət əşyaları və oğurluq pulun qalan hissəsi onlardan götürülərək sahibinə qaytarılıb.

Faktla bağlı Xəzər RPİ-də açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS