» » Könül Kərimova məhkəmədə ifadə verib


12-09-2018 | 16:39

  • 1 273

Könül Kərimova məhkəmədə ifadə verib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə müğənni Könül Kərimova ifadə verib.

O bildirib ki, M.Məmmədovanı məclislərin birindən tanıyır: "Məclisdə mənə yaxınlaşıb özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim etdi. Bir neçə il keçəndən sonra oğlumu Rusiyada universitetə qəbul etdirəcəyi vədi verdi.

Məlahət xanıma 32 min manat pul verdim. Sonra oğlumun işi orada alınmadı. Məlahət xanımla da əlaqə saxlaya bilmədim. Üç ildən sonra oğlum Rəşadı Gəncəyə köçürtdük".

K.Kərimova qeyd edib ki, M.Məmmədova ona həmin məbləğdən 11 min manatı geri qaytarıb.

M.Məmmədova söyləyib ki, K.Kərimovanın oğlunu ona verdiyi 12 min manatla Rusiyada 3 il oxutdurub: "Öz qızım da orada təhsil alıb. Yataqxananın qəbzləri də var. Rəşad gəlib evdən onu aparıb".

K.Kərimova M.Məmmədovanın dediklərinə etiraz edib: "Mən özüm artistəm. Heç "Azdrama"da Məlahət Məmmədova kimi artistlər yoxdur".

M.Məmmədova isə K.Kərimovaya 14 min manat pul qaytardığını söyləyib: "Qalan pulla da Könül xanımın oğlu Rəşadı Rusiyada oxutmuşam. Mən burada heç bir dələduzluq etməmişəm. Könül Kərimova bir dəfə də olsun ora gedib oğlunun təhsili ilə maraqlanmayıb".

Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Əsas Xəbər / İdman İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Mirşahin: “...  hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Mirşahin: “... hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Zaurun verilişində GƏRGİN ANLAR: Zaurun verilişində GƏRGİN ANLAR: "Səni "karset Afət" kimi tanıyırlar" (VİDEO) Şou-biznes / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Siyasət Azərbaycanda dörd gün TV və radio işləməyəcək Azərbaycanda dörd gün TV və radio işləməyəcək Sosial “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE Kriminal
Son əlavəПоследние публикации
Günün ulduz falı - 23 yanvar
23 yanvar 2019

Günün ulduz falı - 23 yanvar

720 Həyat tərzi
Ölkədə qızıl və gümüşün qiyməti düşdü
22 yanvar 2019

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

53 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
22 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

86 İqtisadiyyat
Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
22 yanvar 2019

Bölgələrdə maye qaz bahalaşıb - VİDEO

201 Video / Sosial