VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ev sahibi mənzili təmizləməyə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Sakinləriddiaedirlər ki, çıxılmaz vəziyyətdə qalan qadın özünü binadan atıb. Ağır bədən xəsarətləri alan qadının beli sınıb.

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Hadisə bir neçə gün əvvəl Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayışbinasında baş verib.

Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib.Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.

Faktı həmin binanın sakinləri də təsdiqləyiblər.

Sakinlərinin sözlərinə görə, sözügedən qadın paytaxtdakı təmizlik şirkətlərindən birinin işçisi olub. Həmin ünvanada sifarişlə mənzili təmizləmək məqsədi ilə gəlib.

Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.

Sakinlərin sözlərinə görə həmin şəxs polis tərəfindən saxlanılıb.

BAKU.WS