SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Federasiyasının Novosibirsk vilayətində azərbaycanlı qardaş və bacı itkin düşüb.

BAKU.WS
report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Kürdəmir rayonundan olan 14 yaşlı Həsənov Ruslan Vidadi oğlu və 16 yaşlı Həsənova Xəyalə Vidadi qızı yaşadıqları Jeleznodarojnıy rayonunu ətrafında həmyaşıdları ilə kollektiv gəzinti zamanı yoxa çıxıblar.

Bacı-qardaş yaxınlıqdakı kafeyə getmək adı ilı kollektivdən ayrılıblar və yoxa çıxıblar.

Onların üzərindəki mobil telefonla həmin gün axşamdan əlaqə yaratmaq mümkün deyil.

Azərbaycanlı yeniyetmlərin valideynləri ailəvi biznes ilə məşğuldurlar.

BAKU.WS