VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəranda gənc qayınatası tərəfindən bıçaqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq, Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Kişiyevə boyunun sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS