SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Nigar İsmayılqızına leykoz (qan xərcəngi) diaqnozu qoyulub.

BAKU.WS 
xəbər verir ki, bu barədə aparıcının dostu Əlişir Əhəd sosial şəbəkədə məlumat yayıb.

O, hər kəsə müraciət edərək Nigarın müalicəsinə maddi dəstək olmağa çağırıb:

"Əziz dostlar, bu statusu Nigardan izn almadan paylaşıram. Bu haqda 1 saatdan çox danışsamda qəti razı olmadı. Ama bilirəm ki, Nigarı yaşatmaq üçün Nigardan icazə almamalıyam. Çünki, bilirəm ki, bu xəstəlik elə bir zəhrimardır ki, buna küllü miqdarda vəsait tələb olunur. Və Nigarın ailəsinin buna imkanı çatmayacaq.

Əziz dostlar, həmkarlar, ziyalılar, sənət adamları! Mən əslində bilmirəm nə etmək lazımdı. Bildiyim ölkə rəhbərliyinə və imkanlı insanlara Nigarla bağlı müraciətlərin edilməsidi. Onu da bilirəm ki, bu iş tək mənlə əmələ gəlməyəcək. O üzdən bu statusu tandığım həmkarlarımı, Nigarın münasibətdə olduğu insanları tağ edəcəm ki, bir çözüm yolu tapılsın"!

Məlumat üçün bildirək ki, İsmayılova Nigar İsmayılqızı 1984-ci ildə Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin filalogiya fakültəsini bitirib. Daha sonra Odlar Yurdu Universitetinin jurnalistika kafedrasında müəllimə olaraq işə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasının (AzTv) “Xəbərlər” departamentində müxbir olaraq fəaliyyətini davam etdirib. 2013-ci ildə Azad Azərbaycan kanalının “Xəbərlər” departamenində müxbir, redaktor kimi işləyib. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və həmin ildə “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi işə qəbul olunub. Bununla yanaşı bir sıra saytlarda köşə yazıları ilə çıxış edib. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çıxıb. 2016-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdü. Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Bundan əlavə Aprel savaşlarından təsirlənərək “Ölsəm…Yaşat” adlı sənədli filmə ssenari yazıb film çəkib. “ O və Sumqayıt” layihəsində aparıcılıq edib. “Zəriflik” jurnalında müsahibələri çap olunub. 36-xüsusi müsahibədən ibarət olan “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı 2016-ci ilin son aylarında işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. İstanbulda yerləşən “GEM.TV” kanalında redaktor olaraq işini davam etdirib, “Xatirələrdə yaşayan Nazım” adlı sənədli film hazırlayıb. Daha sonra İstanbulda yeni qurulan “ Kardelen Medya” şirkətində “Nazimin Bakı izləri” adlı sənədli filmini təqdim edib. 2017-2018 ci ildə “Kardelen Medya” şirkətində “İnsan Kaynakları Müdüri” olarak fəaliyyətini davam etdirib. Son aylara qədər “GÜN.AZ” kanalında “Economi durağı” proqramında aparıcılıq və Türkiyə vəkillərinə həsr olunan “Vəkilin sirrli qələmi” adlı proje üzərində işləyib. 2018-ci ildən etibarən gənc yazar olaraq Prezident təqaüdünə layiq görülüb.

Zülfiyyə Qurbanova
BAKU.WS