SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuzda ölümlə nəticələnən qəza olub.

BAKU.WS
ARB TV-yə istinadən xəbər verir ki, Aşağı Quşçu kəndində “UAZ” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşub.

Qəza zamanı “VAZ” markalı avtomobilin sürücüsü ölüb.

Hadisə nəticəsində “UAZ” markalı avtomobildə olan Şəmkir sakinləri 26 yaşlı Zaur Murquzov və həyat yoldaşı 23 yaşlı Mariya Murquzova xəsarət alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS