SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni çəkilən Ələt-Astara magistral yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı sakini Ələsgər Hüseynov “Mercedes” markalı minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən maşın dəmir-beton səddə çırpılıb. Nəticədə sürücü, avtomobildə olan Masallı sakinləri Əliağa Orucəli oğlu Ələsgərov, Saleh Meybulla oğlu Mehdiyev, Vidadi Qasım oğlu Qasımov və Mahir Cəbi oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS