VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində həyatını itirən neftçilərdən biri bu gün Bülbülə qəbirstanlığında dəfn olunub. 
 
BAKU.WS-in məlumatına görə, neftçi 1981-ci il təvəllüdlü Fuad Tahir oğlu Tağıyev dəhşətli faciədə itkin düşmüşdü. Dünən dənizdən çıxarılan 6 cəsəddən biri Fuada aid olub. 
 
Fuad 1981-ci ilin fevral ayının 23-də Bakının Bayıl qəsəbəsində dünyaya göz açıb. Bəxtsiz neftçi 3 uşaq atasıdır. 7 yaşında oğlunu və 2 yaşlı qızını gözü yaşlı qoyan Fuad son mənzilinə yola salınıb. 40-ı hələ təzəcə çıxmış qız övladı isə atasının varlığından xəbərsiz onun gələcəyi günü gözləyir.
 
Allah rəhmət eləsin!
 
Şahin Həbibov
Foto:Ayşən Ayxan
BAKU.WS