SİZİN REKLAM BURADA!
055 213 76 73



Həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəməsinin vaxtı bəlli olub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, M.Hüseynovun ərizəsinə avqustun 24-də Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baxılacaq.

Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

M.Hüseynov böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS