SİZİN REKLAM BURADA!
055 213 76 73



Siyəzəndə də xəsarətlə nəticələnən yol qəzası olub. Nəticədə 3 nəfər yaralanıb.


Siyəzən şəhəri ərazisində 30 yaşlı Rəsul Babayev "Ford Transit" markalı yük furqonunun idarəetməsini itirib. Maşın aşıb, sürücü və sərnişinləri Xaçmaz rayonunun Çiləgir kənd sakinləri - 36 yaşlı Rafiq Nağdıyev və 39 yaşlı Elnur Səlimov xəsarət alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. İlkin tibbi yardımdan ambulator müalicəyə buraxılıblar.

Qəzanın səbəbləri araşdırılır.

BAKU.WS