SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Antalya şəhərində avtobus sürücüsü günün qəhrəmanına çevrilib.

BAKU.WS-in məlumatına görə, sürücü infarkt keçirib və vəziyyətinin yaxşı olmadığını görən kimi nəqliyyat vasitəsini dayandırıb. 

Sürücü bu addımı ilə ola biləcək bir faciənin qarşısını aldı. O, avtobusu yolun kənarında saxlayıb və davam edə bilməyəcəyini söyləyib.

Avtobus sürücüsünə ilk müdaxiləni sərnişin edib. Təcili yardım gəldikdən sonra sürücü xəstəxanaya aparılıb. Əməliyyat olunan sürücünün vəziyyəti indi daha yaxşıdır. Videosu sosial şəbəkədə yayıldıqdan sonra avtobus sürücüsü Türkiyədə qəhrəman elan edildi.  

Abbas
BAKU.WS