SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb.

BAKU.WS
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb.

Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub.

Hadisə nəticəsində S.Mustafayev hadisə yerində ölüb. Digər iki piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsi araşdırma aparır.

BAKU.WS