VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili işlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulmuş və nəticədə piyada hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.

BAKU.WS