SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı yeniyetmə Türkiyədə yol qəzasında ölüb.

BAKU.WS-in məlumatına görə, hadisə İzmir şəhərində baş verib. Qohumunu ziyarət üçün ailəsiylə birlikdə Azərbaycandan Türkiyəyə yollanan Nail Quliyev "35 VTL 59" dövlət nömrəli motosikletlə gəzintiyə çıxıb.

Ancaq bir neçə saat keçməsinə baxmayaraq evə qayıtmayan Nail Quliyevin ailəsi Jandarmaya müraciət edib. İki gün aparılan axtarışdan sonra Nailin cəsədi yol kənarında tapılıb.

Məlum olub ki, dəbilqə taxmayan Nail Quliyev motosiklet sürərkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. Nail Quliyevanın cansız bədəni "Berqama Necla Mithat Öztüre Dövlət Xəstəxanası"na aparılıb. 

Jandarma qəza ilə bağlı araşdırmalara başlayıb.

Abbas
BAKU.WS