SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. 
 
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
 
Hadisə Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 13:46-da başa çatıb.
 
Şahin Həbibov
BAKU.WS