055 213 76 73
Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılıb.
BAKU.WS