SİZİN REKLAM BURADA!
055 213 76 73



Kim olduğu hələlik bilinməyən şəxs heç bir səbəb olmadan işıq dirəyinin yüngül metal aksesuarını sındırır və görünür ki, o, bu işindən zövq alır.

BAKU.WS
xəbər verir ki, həmin hadisə müşahidə kameralarına düşüb. Bu görüntüləri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində, ARB TV-nin təhlükəsizlik kameraları çəkib.

Qrupdan ayrılan şəxslərdən biri heç bir səbəb olmadan elektrik dirəyinin aksesuarını anlaşılmaz şəkildə qırır. Bundan qürrələnir və heçnə olmamış kimi yolluna davam edir. Hələlik bu şəxsin kimliyi məlum deyil.

Bəzi yerlərdə quraşdırılan işıq lampaları çıxarılır və ya məhv olunur. İndi orada yalnız infrastrukturun izləri qalıb. Ən çox ziyan vurulan dövlət əmlaklarından biri də dayanacaqlardır. Dayanacaq ücün yer ayrılır və tikilir. Lakin, bir müddət sonra şüşələri sındırılaraq yoxa cıxarılır.

Belə dayanacaqlara şəhərdə addımbaşı rast gəlmək olar. Bu infrastrukturun qurulmasına dövlət milyonlarla pul xərcləyib. Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, cinayət tərkibli əməllər ehtiyyatsızlıq və ya qəsdən törədilir. Dövlət mülkiyyətinə ehtiyyatzıslıqdan ziyan dəyərsə məhkəmənin qərarı ilə dəyən zərəri vətəndaş ödəyir. Bu qəsdən törədildikdə isə cinayət tərkibi daşıyır.

Daah ətraflı videomatrealda:

BAKU.WS