SİZİN REKLAM BURADA!
055 213 76 73



Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb.

Ətrafdakıların köməyilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS