SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Hökuməti Xəzərhövzəsi ölkələrdən "Günəşli" yatağında itkin düşən neftçilərin axtarışı ilə bağlı kömək etməyi xahiş edib. 
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan artıq Rusiya, Qazaxıstanın, İran və Türkmənistan sərhəd xidmətlərinə aidiyyəti üzrə məktub göndərib. Hazırda 29 insan itkin düşmüş hesab edilir. İki neftçinin həlak olması təsdiq edilib. Azərbaycanda dəhşətli faciə ilə bağlı 6 dekabr tarixində matəm elan edilib.
 
 
Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib. 10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində içərisində 34 nəfər olan qayığn kəməri qırıldığı üçün işçilər dənizə düşüblər. Onlardan 3-ü xilas edilsədə, digərləri itkin düşüb.  
 
Şahin Həbibov
BAKU.WS