SİZİN REKLAM BURADA!
055 213 76 73



İsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Girk kəndində qeydə alınıb.

Belə ki, 40 başa yaxın heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında süd vəziləri kəsilib. Kənd sakinləri bu hadisənin, ilk növbədə, hər hansı bir xəstəlik səbəbindən baş verdiyini hesab edərək İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Baytarlar heyvanlara baxış keçirdikdən sonra bunun hansısa xəstəlik deyil, qəsdən törədilmiş əməl olduğunu müəyyənləşdiriblər. İsmayıllı rayon Baytarlıq idarəsi həmin heyvanlara lazımi yardım göstərərək nəzarətə götürüb.

Faktla bağlı araşdırma aparılır.


BAKU.WS