055 213 76 73
Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.
1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS