SİZİN REKLAM BURADA!
055 213 76 73



“Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müsabiqə “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçiriləcək.

Bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcəklər.

BAKU.WS