VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda gücla yanğın baş verib.


Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat verib. Verilən məlumata görə, yanğın Babək prospektində “Modern Hospital” yaxınılığın, köhnə maşın bazarının yanında, qarajların yaxınlığında olub.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə hadisəni təsdiqlədilər. Bildirilib ki, hadisə yerinə yanğınsöndürən maşınları və canlı qüvvə cəlb edilin.

“Yanğın boş sahədə, quru otların və kolluqların olduğu ərazidə qeydə alınıb. Alovun qarajlara keçməsinin qarşısı alınıb və yanğın söndürülüb”, - deyə məlumatda bildirilib.

Ziya SƏCCAD
BAKU.WS