SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 1930-cu il təvəllüdlü Şərifov Ağabala Əhəd oğlu itkin düşüb.

Yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan 88 yaşlı kişi iyul ayının 1-də Şüvəlan kəndi ərazisində yoxa çıxıb.

O, Şüvəlandakı "Mir Mövsüm ağa" ziyarətgahına gedib. Ehtimal edilir ki, yaşı ilə əlaqədar yaddaş pozğunluğu olduğundan, oradan qayıdarkən yolu azıb.

Əynində göy cinsə oxşar şalvar, göy zolaqlı qısaqol köynək olub. Qəhvəyi gözlüdür, boyu 1,65 sm-dir, arıq cüssəlidir.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
 
Onu görənlərdən (051) 414 44 33 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Zülfiyyə Qurbanova
BAKU.WS