SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda piyadanı vurub qaçan sürücü iki həftə sonra tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Məlumata görə, iyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulub. Piyada xəstəxanaya müraciət etməyib.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS