VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda daha bir nəfər dənizdə batıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1000 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

1960-cı il təvəllüdlü Hüseynov Tərlanın meyiti hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verillib.

BAKU.WS