VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 12-nə keçən gecə Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər qısda müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayon sakini Elçin Nəsibov, Bakı şəhər sakinləri Məmməd Rüstəmov və Bünyad Abbasov olduqları müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS