SİZİN REKLAM BURADA!
055 213 76 73



Qaynanasını öldürməkdə təqsirləndirilən Cavad İbrahimov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
“lent.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Cavad İbrahimov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

N.Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, N.Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin N.Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

C.İbrahimov ilkin ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəklər etmək təklifi edib. Buna görə də o, N.Namazovanı döyüb, lakin qadını öldürmək niyyəti olmadığını deyib.

BAKU.WS