» » Bakıda kişi məhkəmə zalında öldü, hakim ölünün xeyrinə qərar çıxardı - FOTO


12-07-2018 | 10:43

  • 8 542

Bakıda kişi məhkəmə zalında öldü, hakim ölünün xeyrinə qərar çıxardı - FOTO


Bakı şəhəri Nəsimi rayon məhkəməsində ölüm hadisəsi qeydə alınıb.

BAKU.WS
-in məlumatına görə, 5 iyulda hakim Rəşid Səmədovun sədrliyi ilə keçən mülki məhkəmə iclasında iddiaçı - 1937-ci il təvəllüdlü Əliyev Səftər Məhərrəm oğlu məhkəmə zalında keçinib.

Mərhum qohumları - Rəna Rzayeva və onun 13 yaşlı qızı Şabanlı Nilufər Mahir qızını sahibi olduğu Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi ev 29A, mənzil 7-yə olan istifadə hüquqlarına xitam verilməsilə bağlı müraciət etmişdi. Hakim Rəşid Səmədov iddiaçının ölümündən sonra onun xeyrinə qərar çıxarıb. Adıçəkilən cavabdehlərin sözügedən ünvanı tərk etmələrilə bağlı qərar qəbul edib.

Cavabdeh Rəna Rzayeva BAKU.WS-ə açıqlamasında məhkəmə zalında kişinin ölümünə səbəb olacaq heç bir insidentin baş vermədiyini bildirdi: "Hər ikimiz sakitcə sözümüzü dedik. Hakim ayağa qalxıb məhkəmənin müşavirəyə gedəcəyini elan edən zaman kişi yerə yıxıldı və keçindi". 

Cavabdeh Rəna Rzayeva məhkəmənin bu qərarından narazı qaldığını deyir: "2015-ci ildən qaldığım ev əlimdən alınır. Bibimin evidir. Ər-arvad 1967-ci ildən orada yaşayırdılar. 2015-ci ildə bibim xəstə idi, qalmışdım yollarda. Qısası, öz evimi satıb onlara köçdüm. Çünki evi 2011-ci ildən qızımın adına vəsiyyət etmişdilər. Övladları heç vaxt olmayıb. Kişinin də heç kəsi yoxdur. Bibim 2016-cı ildə rəhmətə getdi. Həyat yoldaşı vəsiyyətdən vaz keçmək istədiyini bildirdi. Məni qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət etdi. Bütün qohumlarım ondan üz döndərdi ki, bu nə haqsız hərəkətdi edirsən, ərsiz qadını uşağıyla küçədə qoyursan. 2015-ci ildən qızımla birlikdə o evdə qeydiyyatdayam. Satdığım evin pulunu da bibimlə ərinə, yəni məni evdən çıxarmaq istəyən o kişiyə xərcləmişəm. Şikayətçi olmadığı halda işə xitam verilməlidir. İşə xitam verilməliydi. İddiaçı ölüb, şikayət edən də yoxdur. Bilirəm ki, qanun mən tərəfdədir. Qətnaməni oxudum dəhşətə gəldim".

Rəna Rzayeva artıq Nəsimi rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Zülfiyyə Qurbanova
BAKU.WS

Top XəbərlərЛучшее на сайте
Qayınana saçı qırxılan gəlininin XƏYANƏT GÖRÜNTÜLƏRİNİ YAYDI (VİDEO) Qayınana saçı qırxılan gəlininin XƏYANƏT GÖRÜNTÜLƏRİNİ YAYDI (VİDEO) Video / Sosial Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Əsas Xəbər / Kriminal Xəyanətə görə başı qırxılan qadın canlı efirdə HƏR ŞEYİ DANIŞDI (VİDEO) Xəyanətə görə başı qırxılan qadın canlı efirdə HƏR ŞEYİ DANIŞDI (VİDEO) Əsas Xəbər / Video / Sosial Bakıda oğru qadını belə cəzalandırdılar - VİDEO Bakıda oğru qadını belə cəzalandırdılar - VİDEO Hadisə / Video Xəyanətə görə işgəncə verilən qadının yeni dəhşətli görüntüləri – FOTO, VİDEO Xəyanətə görə işgəncə verilən qadının yeni dəhşətli görüntüləri – FOTO, VİDEO Əsas Xəbər / Hadisə / Video Gənc oğlan dəhşətli hadisədən danışdı: Gənc oğlan dəhşətli hadisədən danışdı: "Yoldaşım duş qəbul edib çıxanda..." (VİDEO) Hadisə / Video Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - VİDEO Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - VİDEO Video / Sosial Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Şou-biznes / Video Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Şou-biznes / Video SON DƏQİQƏ! Bakının SON DƏQİQƏ! Bakının "Moskva" univermağında yanğın (VİDEO) Əsas Xəbər / Hadisə / Video Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verib Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verib Şou-biznes “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) Əsas Xəbər / Video / Siyasət Azərbaycanda daha bir ər qadının başını qırxdı (FOTO) Azərbaycanda daha bir ər qadının başını qırxdı (FOTO) Hadisə Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Əsas Xəbər / Həyat tərzi / Video Çimnaz Naziləni BİABIR ETDİ: Çimnaz Naziləni BİABIR ETDİ: "Şairə xanım, ədəbiyyat oxuyun..." (VİDEO) Şou-biznes / Video Türkiyəli müğənni Elvinin 10 MİLYONLUQ Türkiyəli müğənni Elvinin 10 MİLYONLUQ "Düşün məni"sini oxudu - VİDEO Şou-biznes / Video SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu Kriminal Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Hadisə Zaur Kamala vəzifə verildi Zaur Kamala vəzifə verildi Şou-biznes Murad toyda Ülviyyə üçün mahnı oxudu - VİDEO Murad toyda Ülviyyə üçün mahnı oxudu - VİDEO Şou-biznes / Video
Son əlavəПоследние публикации
Sabahdan hava pisləşəcək - XƏBƏRDARLIQ
11 dekabr 2018

Sabahdan hava pisləşəcək - XƏBƏRDARLIQ

114 Həyat tərzi
Bu ərazilərdə işıq olayacaq
11 dekabr 2018

Bu ərazilərdə işıq olayacaq

90 Sosial
Tanınmış müğənninin toyundan görüntülər - VİDEO
11 dekabr 2018

Tanınmış müğənninin toyundan görüntülər - VİDEO

368 Şou-biznes / Video