VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Həbs edilən “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 235 tərəfdarından aşkarlanan silah və sursat görənləri şoka salıb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktar İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərib. Onun evindən, ofisindən çoxsaylı silah, sursat, zirehli geyim, zirehli avtomobil aşkarlanıb.

Eyni zamanda əməliyyat zamanı dini ədəbiyyatlar, qarışıqlıq yaratmaq xarakteri daşıyan video materiallar tapılıb.

Saxlanılan şəxslər azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. Əməliyyat zamanı çoxlu sayda silah-sursat, və maşın müsadirə edilib.

Əməliyyat zamanı saxlanılan “kedicik”lərin makiyajsız görüntüləri də hər kəsi təəccübləndirib.

Cavid Babayev
BAKU.WS