SİZİN REKLAM BURADA!
055 213 76 73



Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.

BAKU.WS