VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Göygöl, Tovuzun Ağdam kəndi və İsmayıllıda dəhşətli qəzalar baş verib.

BAKU.WS
ARB TV-yə istinadən xəbər verir ki, qəzalar zamanı 2 nəfər həyatını itirib, 4-ü isə müxtəlif xəsarətlər alıb.

Gəncə-Daşkəsən yolunun rayonun Qızılca kəndindən keçən hissəsində “VAZ 2107” və “VAZ 21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər – Daşkəsən sakinləri 54 yaşlı Pakizə Əliyeva, 31 yaşlı Esmira Əliyeva, Gəncə sakinləri Rövşən Verdiyev və Vəsilə Verdiyeva adlı yaşlı qadın xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Vəsilə Verdiyeva dünyasını dəyişib.

Tovuzun Ağdam kəndində baş verən dəhşətli qəzada isə otla dolu “Zil” markalı yük maşını Tovuz çayında batıb.

Ağdam kənd sakini 45 yaşlı İsmixan Hacıyev də maşının çaydan çıxarılmasına kömək göstərib. Yük avtomobili anidən geriyə hərəkət edib və Hacıyev maşının təkərləri altında qalıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Aydın Məhərrəmov - hadisə şahidi: “Maşın dala getdi. Ayağı sürüşdü, sürüşən kimi təkər qarnından basdı. Biz də tez götürdük, “skoruya” zəng elədik, apardıq. Yola çatanda canını tapşırdı”.

İsmayıllıda isə 11 yaşlı uşağı vuran maşın hadisə yerindən qaçıb.

Təzəkənd kənd sakini Fərda Əsədov Muğanlı-İsmayıllı yolunu keçərkən naməlum avtomobillə vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.

BAKU.WS