SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin baş naziri Binali Yıldırım intihar etmək istəyən şəxsi ölümdən xilas edib.

BAKU.WS
İHA-ya istinadən xəbər verir ki, özünü “Şehitler Köprüsü”ndən atmaq istəyən kişinin bəxti gətirib. Hadisə yerindən keçən baş nazir olaya müdaxilə edib. Binali Yıldırım özünü körpüdən atmaq istəyən şəxsə yaxınlaşıb. Onunla danışıb və intihar etmək fikrindən daşındırıb.

T.T. adlı şəxsi xidməti avtomobilinə əyləşdirən B.Yıldırım ona su verib. Baş nazir daha sonra həmin vətəndaşı özü ilə birlikdə Mədəniyyət və Turizm naziri Numan Kurtulmuşun qızının toy məclisinə aparıb.

Cavid Babayev
BAKU.WS