SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yaşayış binalarının həyətində ağac aşaraq avtomobillərin üzərinə düşüb.

Hadisə bu gün günorta saatlarında 8-ci mikrorayonda, Heydər Hüseynov küçəsində baş verib.

Xoşbəxtlikdən ağac aşarkən həyətdə sakinlərdən heç kim olmayıb. Hadisə nəticəsində iki avtomobilə ziyan dəyib.

Ətrafda yaşayan sakinlər deyirlər ki, burdakı ağacların əksəriyyəti çoxdan çürüyüb. Lakin aidiyyati qurumlar ağacları kəsib ərazidən götürmür. Halbuki, bunun üçün onlara dəfələrlə müraciət olunub.

Sakinlər deyirlər ki, həyətdəki ağaclar əsl təhlükə mənbəyidir. Bununla belə, quru ağacların ərazidən nə vaxt götürüləcəyi bilinmir.

Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədov deyir ki, ağacların sözügedən ərazidən götürülməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Yalnız yaşıllığın götürülməsi vərəqəsi alındıqdan sonra həmin ağaclar binaların həyətindən götürüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS