SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün gecə saatlarında Bakıda minik avtomobili geyim mağazasına girib.

BAKU.WS
xəbər verir ki, hadisə “Memar Əcəmi” metro stansiyası yaxınlığındakı mağazalardan birində qeydə alınıb.

Hüseynbala Əliyev küçəsində sürətlə hərəkət edən “KİA” markalı avtomobilin qarşısına digər avtomobil çıxıb. Sürücü idarəetməni itirib və həmin ünvanda yerləşən qadın geyimləri mağazasına çırpılıb.

Nəticədə mağaza yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Cavid Babayev
BAKU.WS