Müalicəsinə pul yığılan Aytac öldü! Anası üsyan etdi: Həkimlər qızımı bu hala saldı
» » Müalicəsinə pul yığılan Aytac öldü! Anası üsyan etdi: Həkimlər qızımı bu hala saldı


09-06-2018 | 11:24

  • 21 371

Müalicəsinə pul yığılan Aytac öldü! Anası üsyan etdi: Həkimlər qızımı bu hala saldı

Dünən gecə Türkiyəyə çatdırılmadan atipik pnevmaniyadan həyatını itirən 7 yaşlı Aytacın anası Raya Cəfərszadə sosial şəbəkədə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib.

BAKU.WS medicina.az-a istinadən həmin paylaşımı təqdim edir:

"Qızım fevralda yüngül pnevmaniyadan müalicə aldı, sonra rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mart, aprel, may ayına kimi heç bir şikayət olmadı. Mayın 15-dən adi öskürək başladı. 1 həftə temperatur 37 oldu. Müalicə aldıq, xeyri olmadı. Qarayev adına uşaq xəstəxanası-xarabaya getməzdən 3 gün qabaq hərarət 40-a çatdı. İshal, qusma başladı, huşu bulanıq idi.

Gece ilə qızımı Razində 5 saylı infeksion xəstəxanaya apardıq. Dedilər, meningitə oxşayır. Təcili yardımla göndərdilər Qarayev xarabasına. Uşaq bütün gecəni sistem aldı, səhərə özünə gəldi. Bizi Akif həkimin mədə-bağırsaq şöbəsinə köçürdülər. 3 gün yatdı, ishal, qusma durdu. Temrepatur 37-ə endi. Dedilər ki, uşağın immuniteti çox zəiflədiyi üçün somatik şöbəyə keçirək. Bütün müayinələrdən keçdik, hər şey təmiz çıxdı, bircə ağciyərlər yox. Diaqnoz: ikitərəfli pnevmaniya.

Somatik şöbənin müdiri Gülnarə bir torba dərman yazdı, Akif həkim bir torba dərman tazdı. Antibiotiklər olundu. Uşağımın temperaturu düşmürdü. Apardılar aerozola. Balamın halı lap pisləşdi. Palatada qıcolmalar keçirməyə başladı. 8 yaşına kimi bir dəfə sudurqa keçirtməyən balam qucağımda kömək axtardım. Şöbənin işçiləri handan-hana gəlib maqnezium vurdular. Gördülər düzəlmir, qaçdım reanimasiyaya. Orda uşağa sistem, oksigen verdilər. Balamın beyni yatmışdı.

Reanimasiyada qaldığımız gecə uşağın sidik kisəsi dolub, beyinə siqnal çatmadığından boşala bilmir. O boyda xarabada kateter qoyan yoxdur.
Gecə ilə semaşkoya gedib uroloq gətirmişəm, kateter alıb verdim, sidik kisəsi boşaldı. Amma nə fayda, balamın beyni söndü, komaya düşdü. Kənardan həkim gətirməyə icazə vermədilər.

Yanaşı palatada imkanlı adam üçün Gülhanədən həkim gəlmişdi, yalvardım ki, uşağa baxsın. Baxan kimi dedi ki, uşağı burdan çıxar, öləcək.
Təcili özəl xəstəxana axtardım. MediClub-un reanimasiyasını güclə razı saldım. Onlar uşağı təcili MediClub-a apardılar. 4 gün sonra komadan çıxdı qızım. Ancaq ağciyərlərin biri tamam sıradan çıxıb, digəri 30% işləyirdi.

Xaraba Qarayev xəstəxanasında uşağa at dozasında antibiotiklər vurmuşdular: amikasin, seftriakson, gentamisin.
Türkiyədən gələn həkimlər təcili EKMO aparatı məsləhət gördülər. O da Bakıda yox idi. " Uşaqların sağıam gələcəyi fondu” mənə dəstək oldu, balam üçün yardım kampaniyasında 30 min dollar yığıldı.

Artıq axşama uçmağa hazırlaşırdıq ki, Aytacın halı qəfil pisləşdiyindən həkim uçuşa icazə vermədi. Məcbur olub Türkiyədən tibbi ekipaj və təyyarə ilə aparatı gətirməli olduq. Bunun üçün də 20.000 avro dedilər. Dünyam qaraldı. Amma bilirdim ki, yardımlar gəlir, düzələrdi. Amma Aytacımın təzyiqi 37, ürək ritmi 200 oldu, sepsis başladı. Nə etdilərsə, vəziyyətdən çıxara bilmədilər. Balamı ürək aparatına qoşulu evə gətirdilər Klinikada 4 dəfə özümdən getmişəm deyə bunlardan xəbərim olmadı. Evdə gözünü yumanda gözü açıq idi, məni gözləyirdi.

Sizlərə yalvarıram, Qarayev adına uşaq xəstəxanasına getməyin, ora moqrdur. Balamı orda başda Camal Azizov adlı biri olmaqla daha da pis edib verdilər mənə. Antibiotikdən qaçın. Adi öskürəyi də boş buraxmayın. Özü keçər deməyin. Mən balamı itirdim, siz itirməyin".

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Bakıda Bakıda "moykada" biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO Həyat tərzi / Video Bakıda tikinti şirkəti əhalidən üzr istədi, biabır oldu Bakıda tikinti şirkəti əhalidən üzr istədi, biabır oldu Sosial Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat Hacıqabulda zəhərlənən alman uşağın xilas edilməsi üçün Almaniyadan reaktiv təyyarə göndərildi Hacıqabulda zəhərlənən alman uşağın xilas edilməsi üçün Almaniyadan reaktiv təyyarə göndərildi Sosial Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq Əsas Xəbər / İqtisadiyyat Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Bakıda süpürgəçiləri ölümdən qurtaracaq texnikaların iş prinsipi (VİDEO) Bakıda süpürgəçiləri ölümdən qurtaracaq texnikaların iş prinsipi (VİDEO) Əsas Xəbər / Video / Sosial "Nizami Rəmzinin mahnısını oxuyurlar, amma adını demirlər" - Namiq Məna - VİDEO Şou-biznes / Video Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Cümə axşamının ulduz falı - 16 avqust
16 avqust 2018

Cümə axşamının ulduz falı - 16 avqust

41 Həyat tərzi
Azərbaycan nefti cüzi bahalaşıb
15 avqust 2018

Azərbaycan nefti cüzi bahalaşıb

51 İqtisadiyyat
Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq
15 avqust 2018

Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq

16 035 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycanda qızıl-gümüş bazarında ucuzlaşma
15 avqust 2018

Azərbaycanda qızıl-gümüş bazarında ucuzlaşma

159 İqtisadiyyat
Anomal istilər hələ 5 il davam edəcək
15 avqust 2018

Anomal istilər hələ 5 il davam edəcək

328 Sosial
Millimizdən tarixi qələbə - FOTO
15 avqust 2018

Millimizdən tarixi qələbə - FOTO

435 İdman
Sabah Gəncədə qaz olmayacaq
15 avqust 2018

Sabah Gəncədə qaz olmayacaq

140 Sosial
Müğənni səhnədə pərt oldu: sinəsi açıldı... - VİDEO
15 avqust 2018

Müğənni səhnədə pərt oldu: sinəsi açıldı... - VİDEO

3 131 Şou-biznes / Video