VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuz Gömrük İdarəsinin əməkdaşları 4 min qutudan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin və realizə olunmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Babək Kəlayevin idarə etdiyi "Opel Astra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 2130 qutu siqaret aşkar edilib.

B.Kəlayev aşkar edilən siqaretlərin Qazax rayon sakini Aynurə İbrahimxəlilovaya məxsus olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, A.İbrahimxəlilova həmin siqaretləri satmaq məqsədilə Gürcüstan Respublikasından ölkəmizə gələn şəxslərdən alaraq toplayıb.

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan digər əməliyyat məlumatı əsasında isə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Oruc Sanıyevin idarə etdiyi "Volkswagen Passat” markalı avtomobilə baxış zamanı həmin maşının yük yerilə arxa oturacağının arasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 1950 qutu siqaret aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS