VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhərin H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal "təcili yardım" maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib.

Məlumata görə, onu qaynı bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS